İsveçrənin xarici işlər naziri İranda səfərdədir

İsveçrənin xarici işlər naziri İranda səfərdədir
# 03 fevral 2014 14:18 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. İsveçrənin xarici işlər naziri Didye Burqxalter İrana səfərə gəlib.

APA-nın İRİB agentliyinə istinadən verdiyi məlumata görə, bu gün nazir İsfahana səfər edərək, şəhərin qədim tarixi abidələrini ziyarət edəcək.

Sabah isə D.Burqxalter Tehranda iranlı həmkar Məhəmməd Cavad Zərif və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli, regional və beynəlxalq əhəmiyyətli məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR