Mingəçevir sakinindən xeyli miqdarda narkotik götürülüb

Mingəçevir sakinindən xeyli miqdarda narkotik götürülüb
# 25 dekabr 2013 08:57 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində narkotik vasitə olan marixuananın qanunsuz saxlanılması və satışı ilə məşğul olan şəxs tutulub.

APA-nın məlumatına görə, Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin N. Nərimanov küçəsində yaşayan 1972-ci il təvəllüdlü İbrahimov Teymur Şamil oğlunu şübhəli şəxs qismində saxlayaraq üzərinə baxış keçirərkən ondan ümumi çəkisi 30.40 qram olan qurudulmuş marixuana aşkar edərək götürüblər. Əvvəllər məhkumluq həyatı yaşayan və narkotik satışı ilə məşğul olan Teymur İbrahimov tutularaq istintaqa təhvil verilib, barəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR