TQDK dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi haqqında məlumat açıqlayıb

TQDK dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi haqqında məlumat açıqlayıb
# 01 iyul 2014 08:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 7-ci siniflər üzrə istifadəsi nəzərdə tutulmuş dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi haqqında məlumat açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Təhsil Nazirliyinin komissiyaya rəsmi müraciətinə əsasən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış və istifadəsi 7-ci siniflər üçün nəzərdə tutulmuş dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi aparılıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi “Dərsliklərin qiymətləndirilməsi meyarları”na əsasən həyata keçirilib. Bu proses artıq başa çatıb və müvafiq materiallar 30 may - 27 iyun tarixlərdə Təhsil Nazirliyinə göndərilib.

Monitorinqin nəticəsinə əsasən, yekun rəydə göstərilənlər nəzərə alınmaqla, respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilib. Yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə alınması tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR