Azərbaycan Qadınları İnkişaf Şəbəkəsinin növbəti görüşü keçirilib

Azərbaycan Qadınları İnkişaf Şəbəkəsinin növbəti görüşü keçirilib
# 07 may 2014 16:59 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Bu gün Azərbaycan Qadınları İnkişaf Şəbəkəsinin növbəti görüşü keçirilib. APA-nın məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın xanımı Feys Morninqstar tədbirdə çıxış edərək budəfəki görüşün Analar Gününə təsadüf etdiyini bildirib.

Azərbaycan və Amerika qadınları arasında oxşar və fərqli cəhətlər barədə danışan xanım Morninqstar deyib ki, hər iki ölkə mədəniyyətində ailəyə qayğı baxımından çox oxşar cəhət var: “Azərbaycanda rast gəldiyim qadınlar çox aktiv və maraqlıdırlar. Bu cəhətlər Amerika qadınları üçün də xarakterikdir. Hər iki xalqın qadınları öz üzərlərində çox ciddi işləyirlər. Bəzən həyatda elə vəziyyətlə qarşılaşırlar ki, iş və həyat balansını qorumağa çalışırlar”.

Xanım Morninqstar qeyd edib ki, Azərbaycan Qadınları İnkişaf Şəbəkəsində analar, müəllimlər, hüquqşünaslar, professorlar, dövlət qurumlarında və müxtəlif sahələrdə işləyən qadınlar cəmləşib.

Bu şəbəkənin əsas məqsədi qadınların işdə, evdə, təhsildə, münaqişələrin həllində, ümumiyyətlə, cəmiyyətdə rolunu artırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR