Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəhbəri BMT-nin Əhali Fondunun regional direktorunu qəbul edib

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəhbəri BMT-nin Əhali Fondunun regional direktorunu qəbul edib
# 09 may 2014 16:40 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru Əşrəf Şıxəliyev BMT-nin Əhali Fondunun (UNFPA) regional direktoru Heimo Laakkonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı AİDA və UNFPA-nın əsas fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin qurumlar arasında gələcək əməkdaşlıq imkanları araşdırıblar və birgə layihələri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR