Azərbaycan yığması FİFA reytinqində 19 pillə irərliləyib

Azərbaycan yığması FİFA reytinqində 19 pillə irərliləyib
# 17 oktyabr 2013 10:19 (UTC +04:00)

Bakı – APA. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda 88-ci olan Azərbaycan yığması ötən ayla müqayisədə 19 pillə irəliləyib.


Sentyabrın 12-də açıqlanan sonuncu siyahıda 315 xalı olan komandamız hesabını 407 xala çatdırıb. Bu 92 xallıq inkişaf da cədvəldə irəliləyişə səbəb olub.

UEFA reytinqində 39-cu olan yığmamızın irəliləməsinə DÇ-2014-ün seçmə mərhələsinin son 2 oyun səbəb olub. Sentyabrın 11-də Şimali İrlandiyanı 2:0 hesabı ilə məğlub edən futbolçularımız 4 gün sonra Rusiya ilə heç-heçə ediblər – 1:1.

Seçmə mərhələdə millimizin rəqibi olan komandaların da mövqeyi dəyişib. 1036 xalı olan Portuqaliya 3 pillə geriləyərək, 14-cü yerə düşüb. Rusiya da 4 pillə geriləyərək, 19-cu yerə enib. Belə ki, onların 874 xalı var.

515 xalı olan İsrail 3 pillə irəliləməklə 66-cı yerə enib. Şimali İrlandiya yığması 399 xalla 4 pillə geriləyərək, 90-cı yerə düşüb. 247 xallı Lüksemburq isə 14 addım geri atmaqla 127-ci olub.

670 xalı olan Türkiyə 9 pillə irəliləməklə ilk 40-cı yerə yüksəlib. Millimizin gələn ay yoxlama oyunu keçirəcəyi Estoniya 351 xalla 99-cu, Qırğızıstan 161 xalla 150-cidir.

Reytinqdə ilk pillə dəyişməz qalıb. Belə ki, İspaniya 1513 xalla 1-ci yeri qoruyub. 1311 xala malik Almaniya isə 1 addım irəliləyərək 2-ci olub. Xalı 1266 olan Argentina isə 3-cü yerə enib.


Qeyd edək ki, növbəti siyahı oktyabrın 28-də açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR