Bakıda gənc alim və tədqiqatçıların beynəlxalq konfransı keçiriləcək

Bakıda gənc alim və tədqiqatçıların beynəlxalq konfransı keçiriləcək
# 30 oktyabr 2013 15:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. AMEA Geologiya İnstitutunda 14-15 noyabr tarixlərində Heydər Əliyevin 90 illiyinə həsr edilmiş “Fundamental və tətbiqi geologiya elmi gənc alimlərin gözü ilə: nailiyyətlər, perspektivlər, problemlər və onların həlli yolları” mövzusunda V beynəlxalq konfrans keçiriləcək. AMEA Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Tədbirdə İngiltərə, Almaniya, Fransa, İtaliya, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər Avrasiya ölkələrinin təhsil və elm müəssisələrindən gənc tədqiqatçıların iştirakı nəzərdə tutulur. Konfransın keçirilməsində məqsəd geologiya sahəsində tədqiqat aparan azərbaycanlı gənc alimlərin beynəlxalq elm cəmiyyətinə inteqrasiyasının təmin olunmasıdır.

İnstitutun Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasovun sözlərinə görə, bu cür konfranslar gənc alimlərin yer elmləri sahəsində elmi-tədqiqat təcrübələrinin artmasına və elmi istiqamətdə ixtisaslaşmalarına yardımçı olur. Tədbir dünya təcrübəsindəki metodika və yanaşmaları nümayiş etdirməklə bərabər alimlərimizin xarici həmkarları ilə birgə elmi-tədqiqat və təcrübə mübadiləsi aparmalarına da şərait yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR