Azərbaycanda iki iri dövlət telekommunikasiya müəssisəsi birləşdirilir

Azərbaycanda iki iri dövlət telekommunikasiya müəssisəsi birləşdirilir
# 06 dekabr 2013 08:15 (UTC +04:00)

APA-nın xəbərinə görə, nazir Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, stasionar telefon rabitəsi xidmətləri ilə məşğul olan iki dövlət müəssisəsi – «Aztelekom» və «Bakı Telefon Rabitəsi» (BTRİB) İstehsalat Birliklərinin vahid ASC formasında fəaliyyət göstərməsi ilə bağlı təkliflər Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə hazırlanıb.

Ə.Abbasov vurğulayıb ki, artıq gələn il bu məsələnin həyata keçirilməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR