İranla Türkmənistan arasında əməkdaşlıq memorandumu imzalanıb

İranla Türkmənistan arasında əməkdaşlıq memorandumu imzalanıb
# 21 yanvar 2014 13:17 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Türkmənistan arasında əməkdaşlıq memorandumu imzalanıb.

APA - nın İran mətbuatına istinadən verdiyi məlumata görə, 48 maddəlik sənədi iki ölkənin xarici işlər naziri - Məhəmməd Cavad Zərif və Rəşid Muradov imzalayıb.

Memorandumda elektrik enerjisinin nəqli, birgə neft və qaz yataqlarının kəşfi, eləcə də İran, Oman, Türkmənistan və Özbəkistanın dördtərəfli şimal-cənub dəhlizinin mühüm sahələrində əməkdaşlığın genişləndirilməsi, sərhəd-keçid və gömrük məntəqələrində mövcud qaydaların sadələşdirilməsi ilə bağlı məsələlər yer alıb.

Qeyd edək ki, yanvarın 20-21-də Aşqabadda İran-Türkmənistan Hökumətlərarası Komissiyasının 13-cü iclası keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR