Yay mövsümü ərzində Azərbaycanda 69 nəfəri ilan, 23 nəfəri əqrəb, 20 nəfəri qaraqurd sancıb

Yay mövsümü ərzində Azərbaycanda 69 nəfəri ilan, 23 nəfəri əqrəb, 20 nəfəri qaraqurd sancıb
# 02 sentyabr 2013 08:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin avqust ayında Azərbaycanda 21 nəfəri ilan sancıb. Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, ilan sancması halları daha çox Şamaxı, Hacıqabul, Bakı ətrafı qəsəbələrdə qeydə alınıb. Ümumilikdə avqust ayında iyul ayı ilə müqayisədə ilan sancması hallarının sayı artıb. Belə ki, iyul ayında 18 nəfəri ilan sancdığı halda avqustda onların sayı 21 nəfər olub. İlan sancmadan 1 ölüm halı olub və cari ilin iyul ayında qeydə alınıb.

Avqust ayında ölkə ərazində 6 nəfəri əqrəb, 4 nəfəri isə qaraqurd sancıb. Əqrəb sancmaları ötən ayla müqayisədə azalsa da, qaraqurd sancmaları olduğu kimi qalıb.

A. Maqsudov qeyd edib ki, ümumilikdə yay mövsümü ərzində - may, iyun, iyul, avqust aylarında Azərbaycanda 69 nəfəri ilan, 23 nəfəri əqrəb, 20 nəfəri isə qaraqurd sancıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR