«Bank Silk Way»in faiz mənfəəti 36% artıb

«Bank Silk Way»in faiz mənfəəti 36% artıb
# 25 oktyabr 2013 10:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Silk Way» ASC-nin 2013-cü ilin üç rübü ərzində əldə etdiyi gəlirlərin həcmi 13,103 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 22,4% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 45,0% artaraq 8,241 mln. manata çatıb.

Bankın hesabatına əsasən, yanvar-sentyabr ayları ərzində bank 3,117 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 1,7% azdır.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 10,170 mln. manat, qeyri-faiz gəlirləri 2,933 mln. manat, faiz xərcləri 3,809 mln. manat, qeyri-faiz xərcləri isə 4,432 mln. manat olub. Son bir ildə bankın faiz mənfəəti 36,2% artaraq 6,361 mln. manata çatıb. Qeyd edək ki, bu il bankın qeyri-faiz zərəri 1,500 mln. manat təşkil edib, ötən ilin 9 ayında isə 0,387 mln. manat həcmində qeyri-faiz mənfəəti müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR