Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub
# 31 mart 2014 09:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2013-cü ilin noyabr ayının 16-da keçirilmiş test imtahanından uğur qazanmış namizədlərlə nazirliyin Müsabiqə Komissiyası tərəfindən fərdi qaydada söhbət aparılıb.

Bildirilir ki, namizədlərlə söhbətdən 60 nəfər müvəffəqiyyətlə keçib. Onlar qanunvericiliyə əsasən peşə fəaliyyətinə buraxılması məqsədilə aprelin 2-dən etibarən Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaqlar.

Müvəffəqiyyət qazanmış şəxslərin siyahısı ilə nazirliyin rəsmi saytında tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR