Azərbaycan prezidenti Xorvatiya parlamenti sədrini qəbul edib

Azərbaycan prezidenti Xorvatiya parlamenti sədrini qəbul edib
# 05 iyul 2013 14:31 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, Xorvatiyanın Avropa İttifaqına üzv qəbul olunmasından məmnunluq ifadə edilib.

Ölkələrin bundan sonra həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq edəcəyi əminliklə qeyd olunub.

Xorvatiya parlamenti sədrinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da genişləndirilməsi işinə xidmət edəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR