Ziya Bünyadov prospektindəki yol qovşağında işlər yekunlaşmaq üzrədir - FOTO

Ziya Bünyadov prospektindəki yol qovşağında işlər yekunlaşmaq üzrədir - <span style="color: red;">FOTO
# 23 iyun 2014 13:35 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bakının Ziya Bünyadov prospekti ilə Böyükşor küçəsinin kəsişməsində inşa edilən tunel tipli yol qovşağıdır.

“Akkord” şirkətlər qrupundan “APA-Economics”ə verilən məlumata görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sifarişçisi olduğu layihənin podratçısı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”ASC-dir. “Texnomost” LİM (hazırki “Qidrotransproyekt” MMC) şirkəti tərəfindən layihələndirilən qovşağın tikintisinə 2011-ci ilin mart ayında başlanılıb və artıq qapalı hissədə işlər yekunlaşıb.

İyul ayında istifadəyə verilməsi planlaşdırılan tunel tipli yol qovşağında hazırda 1 600 metr uzunluğu olan yan yollarda asfalt örtüyünün salınması, tuneldaxili və yan yollarda işıq dirəklərinin quraşdırılması, tunelin bağlı hissəsinin üzərində layihələndirilmiş dairənin tikintisi, “Baksol yolu” istiqamətindəki 140 metr məsafədə isə yolun layihəyə əsasən yenidən qurulması işləri aparılır.

Tunelin texniki göstəricilərinə gəlincə, ümumi uzunluğu 610 metr, örtülü hissəsinin uzunluğu 140 metr, hündürlüyü 5,5 metr, hərəkət hissəsinin eni 23,5 metr, ayırıcı zolağın eni 2 metr, hərəkət zolaqlarının sayı isə 6-dır. Bu göstəricilər nəqliyyatın intensiv hərəkətinə əlavə imkanlar yaradacaq.

Tunel beynəlxalq standartlara uyğun layihələndirilib və 9 ballıq zəlzələyə davamlılığı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR