İspaniya kralı və daha iki ölkənin prezidenti İlham Əliyevə təbrik məktubu göndərib 

İspaniya kralı və daha iki ölkənin prezidenti İlham Əliyevə təbrik məktubu göndərib 
# 28 oktyabr 2013 15:02 (UTC +04:00)

Bakı – APA. Koreya prezidenti Pak Kın He Azərbaycan dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, İ. Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edən P. K. He 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlərin əsası qoyulandan bəri Koreya ilə Azərbaycanın dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini vurğulayıb.

O, qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin İ. Əliyevin hakimiyyətdə olduğu dövrdə daha da güclənəcəyinə əminliyini ifadə edib.

İspaniya kralı Xuan Karlos, Maldiv Respublikasının prezidenti Məhəmməd Vahid, ABŞ-ın Viskonsin ştatının dövlət katibi Duq La Folett, Rusiyanın Əməkdar Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, professor İqor Burqanov, Beynəlxalq Boks Assosiasiyasının prezidenti, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Çinq-Kuo Vu, Beynəlxalq Güləş Federasiyasının Büro üzvü Rafael Martinetti, Ukrayna Ali Radasının deputatı, xalq artisti Taisiya Povali, Həştərxan şəhərindəki Heydər Əlirza oğlu Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin direktoru Tatyana Tixomirova, “ASTRİUM” şirkətinin baş icraçı direktoru Fransua Ok da Azərbaycan prezidentini təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR