Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
# 08 avqust 2014 09:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyul ayında Azərbaycanın sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,9%, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 4,4%, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 0,1% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin iyul ayında mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri 4,5%, metal filizlərinin hasilatı üzrə 1,1% ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 0,4% bahalaşıb.

İyul ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kompyuter, elektron və optik məhsulların istehsalı üzrə 25,3%, toxuculuq sənayesi üzrə 7,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 5,3%, geyim istehsalı üzrə 3,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,7%, kimya sənayesi üzrə 2,5%, elektrik avadanlıqlarının istehsalı üzrə 1,4%, mebel istehsalı üzrə 0,8%, metallurgiya sənayesi və tikinti məmulatlarının istehsalı üzrə 0,6%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3%, maşın və avadanlıqların istehsalı üzrə 0,2% ucuzlaşıb, əczaçılıq məhsullarının istehsalı üzrə 0,3%, neft məhsullarının istehsalı üzrə 0,2%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə istehsalçı qiymətləri isə 0,1% bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR