Qubad İbadoğlu İsa Qəmbərin sədri olduğu Mərkəzdən çıxıb

Qubad İbadoğlu İsa Qəmbərin sədri olduğu Mərkəzdən çıxıb
# 04 aprel 2015 10:54 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası başqanlığına sabiq namizəd, partiyadan kənarlaşdırılan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu İsa Qəmbərin sədrlik etdiyi Milli Strateji Düşüncə Mərkəzindən (MSDM) çıxdığını bəyan edib.

APA-nın məlumatına görə, o, bu barədə özünün “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Q. İbadoğlu bildirib ki, 2014-cü ilin sentyabr ayından indiyə qədər Milli Strateji Düşüncə Mərkəzinin məşvərət heyətinin toplantılarında iştirak etmir: “MSDM-nin bundan sonrakı iclaslarına da qatılmaq fikrində deyiləm. Odur ki, bu təşkilatdan və onun məşvərət heyətindən çıxdığımı bildirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR