“Amrah Sığorta” aktivlərini artırıb

“Amrah Sığorta” aktivlərini artırıb
# 09 aprel 2015 13:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Amrah Sığorta” ASC ötən il aktivlərini artırıb.

APA-Economics” şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, “Amrah Sığorta”nın məcmu aktivləri 2013-cü il ilə müqayisədə 7,41% artaraq 6 mln. 610 min 197,93 manat olub.

Hesabat dövründə şirkətin öhdəlikləri 77,44% artaraq 1 mln. 464 min 702,28 manata çatıb.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 5 mln. manat, məcmu kapitalı isə 3,44% azalaraq 5 mln. 145 min 495,65 manat təşkil edib.

2014-cü ildə “Amrah Sığorta”nın cəmi gəlirləri 897 min 588,06 manat, cəmi xərcləri 1 mln. 042 min 405,20 manat olub. Şirkət ötən ili 144 min 817,14 manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR