AMB: «Azərbaycanda iqtisadi artımın başlıca amillərindən biri son istehlak xərcləri ilə bağlıdır»

AMB: «Azərbaycanda iqtisadi artımın başlıca amillərindən biri son istehlak xərcləri ilə bağlıdır»
# 15 fevral 2013 12:29 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə AMB-nin 2012-ci il üzrə «Pul siyasəti İcmalı»nda deyilir.

İcmala əsasən, il ərzində pərakəndə ticarət dövriyyəsi 9,6%, o cümlədən qeyri-ərzaq malları üzrə pərakəndə əmtəə dövriyyəsi 21% artıb. Əhaliyə göstərilən pullu xidmətlərdə isə artım 8% təşkil edib. AMB-nin hesablamalarına görə, pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin artımında tələbin artmaqda davam etməsi özünü büruzə verir.

Bildirilir ki, 2012-ci ildə son istehlak xərcləri iqtisadi artımın başlıca amillərindən biri olub. Hesabat ilində əhalinin adambaşına düşən nominal pul gəlirləri 12,2% artaraq 3 784,3 manata çatıb və ya ayda orta hesabla 315,4 manat təşkil edib. Əhali gəlirlərinin təqribən 61%-i son istehlaka yönəldilərək mal və xidmətlərin alınmasına sərf edilib. Əhalinin son istehlak xərcləri isə nominal ifadədə 9,3% artaraq 21,2 mlrd. manat və ya ÜDM-in 39,3%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR