İqtisadiyyat və sənaye naziri Zaqatalada vətəndaşları qəbul edib - FOTO

İqtisadiyyat və sənaye naziri Zaqatalada vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 19 iyul 2014 11:55 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. İqtisadiyyat və sənaye naziri Zaqatalada vətəndaşları qəbul edib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəbulda nazir Şahin Mustafayev Balakən, Zaqatala və Qax rayonlarından olan 100-dək vətəndaşın müraciətlərini və təkliflərini diqqətlə dinləyib.

Vətəndaşların müraciətləri əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq, mebel, plastik qapı-pəncərə, qənnadı məhsullarının istehsalı, meyvə emalı, kəndin qazlaşdırılması, kəndlərarası körpünün tikintisi, sosial və s. məsələlərlə bağlı olub.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib.

Vətəndaşların əksər müraciətləri yerindəcə həll edilib. Araşdırılma tələb olunan, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gəlmiş sahibkarlarla da regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb, onların təklifləri dinlənilib, arıçılıq, quşçuluq, heyvandarlıq, taxılçılıq, meyvə və süd emalı, çörək istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qeyd edək ki, bu ilin əvvəlindən iqtisadiyyat və sənaye naziri tərəfindən Salyan, Qobustan, Sumqayıt, Siyəzən və Ağdamda vətəndaş qəbulları keçirilib, 350-dən çox vətəndaş fərdi şəkildə qəbul olunmaqla müraciətlərinə baxılıb. İndiyədək isə iqtisadiyyat və sənaye naziri tərəfindən bölgələrdə 20 vətəndaş qəbulu keçirilib, bu qəbullarda 1200-dək vətəndaş iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR