Türkiyə baş naziri: "Hava limanlarında təhlükəsizlik gücləndiriləcək"

Türkiyə baş naziri: "Hava limanlarında təhlükəsizlik gücləndiriləcək"
# 29 iyun 2016 20:52 (UTC +04:00)

Bakı-APA. İstanbulda baş verən terror aktından sonra hava limanlarında təhlükəsizlik tədbirləri gücləndiriləcək.

APA-nın “Hürriyət”-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib.

“Hava limanlarının mühafizəsinə dair müvafiq tədbirlərin görülməsi zəruridir. Biz aeroportlarda təhlükəsizliyi gücləndirəcəyik. ”, deyə B.Yıldırım bildirib.

Türkiyənin baş naziri Binali Yıldırım terrorçuların hava limanına necə daxil olduğunu açıqlayıb. Onun sözlərinə görə, intiharçı-terrorçular hava limanına avtomatdan atəş aça-aça giriblər.

Qeyd edək ki, ötən axşam Atatürk Hava Limanında törədilən partlayışlar nəticəsində 41 nəfər ölüb, 239 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR