Azərbaycanda su səthindən neft və neft məhsullarının təmizlənməsi üçün yeni üsuldan istifadə ediləcək

Azərbaycanda su səthindən neft və neft məhsullarının təmizlənməsi üçün yeni üsuldan istifadə ediləcək
# 06 oktyabr 2014 09:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi İnnovasiyalar Mərkəzi Polimer Materialları İnstitutunda “Polimerlərin mexaniki modifikasiyası” laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanovun rəhbərliyi ilə aparılmış elmi-texniki tədqiqat əsasında “Su səthindən neft və neft məhsullarının təmizlənməsi üçün supersorbentlərin hazırlanması və tətbiqi” adlı innovativ biznes-layihə hazırlanıb.

Mərkəzdən APA-ya verilən xəbərə görə, dənizdən neftin çıxarılması, sualtı magistral neft xətlərində qəzaların baş verməsi və neft tankerlərinin qəzası nəticəsində baş vermiş ekoloji çirklənmə dənizin flora və faunasına çox böyük zərər verir. Qəzalar baş verən zaman təcili görülən tədbirlər heç də hər zaman effektiv təsir etmir. Son illər ərzində su səthindən neft və neft məhsullarının təmizlənməsi üçün daha çox istifadə edilən üsul istənilən hava şəraitində neft və neft məhsullarını asanlıqla toplayan köpüklənmiş polimer mikrokonteyner-sorbent üsuludur.

Su səthində istifadə edilməsi üçün sorbent qranul formasında olmalıdır. Köpükdürücü sorbentlərin zəhərliliyi demək olar ki, yox dərəcəsindədir, sorbent bütün nəqliyyat vasitələrilə nəql edilə bilər, üzun müddət saxlanıla bilər, tozlandırma və su səthindən yığılma qabiliyyəti yüksəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR