Bakı - APA-Economics. Avropa Komissiyasının sabiq sədri Joze Manuel Barrozu "Goldman Sachs International"-ın Direktorlar Şurasının qeyri-icraçı sədri seçilib.
"APA-Economics" bankın yaydığı press-relizə istinadən xəbər verir ki, Barrozu eyni zamanda "Goldman Sachs"ın məsləhətçisi olacaq.
Xatırladaq ki, Joze Maneul Barrozu 2004-2014-cü illərdə Avropa Komissiyasının sədri olub.