Bank Of Baku

DİN: Yanğın cərimə meydançasında deyil, istismar müddəti bitmiş yararsız avtomobillərin yığıldığı ərazidə baş verib

DİN: Yanğın cərimə meydançasında deyil, istismar müddəti bitmiş yararsız avtomobillərin yığıldığı ərazidə baş verib
# 29 iyun 2018 14:51 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Bakıda avtomobillərin yanması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğın Dövlət Yol Polisinə məxsus cərimə meydançasında qeydə alınmayıb.

 

“Bura yol qəzalarında yararsız hala düşən, istismar müddəti bitmiş avtomobillərin yığıldığı bir ərazidir. Yaxınlıqda Dövlət Yol Polisə məxsus qorunan cərimə meydançası yerləşir. Lakin bu o demək deyil ki, yanğın cərimə meydançasının ərazisində qeydə alınıb. Baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb”, - deyə mətbuat xidmətindən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR