Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 21-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Müavinətlərin isə bu ayın 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.