Səhiyyə Nazirliyi: Bir gündə Bakıda 120, Azərbaycanın rayonlarında 360 nəfər tibbi müayinədən keçiriləcək

Səhiyyə Nazirliyi: Bir gündə Bakıda 120, Azərbaycanın rayonlarında 360 nəfər tibbi müayinədən keçiriləcək
# 29 may 2015 15:38 (UTC +04:00)

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçirilən geniş kollegiya iclasında Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib. Onun sözlərinə görə, bu, 170 -180 min şəxsin müayinə olunması deməkdir. Bunlardan təxminən 24% Bakı şəhərinin payına düşür, qalan 76 % regionlara aiddir.

Bakı bir gündə 50-60, regionlarda isə 180-ə yaxın nikah qeydə alınır ki, bu da gün ərzində Bakıda 100-120, regionlarda isə 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir. O, belə bir əhəmiyyətli tədbirə cəlb olunmuş müəssisələrin sayının yetərincə olmasını yerlərdə bu işin öhdəsindən layiqincə gəlinəcəyinə əminlik yaradacağını qeyd edib.

Səhiyyə naziri Oqtay Şirəliyev nikahdan əvvəl icbari tibbi müayinənin əhali üçün, gələcək nəsil üçün, bir çox xəstəliyin vaxtından əvvəl aşkarlanması baxımından böyük əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən layihənin işlənib hazırlanması baxımından bütün lazımı tədbirlər yüksək səviyyədə hazırlanıb: “Yerlərdə bu işin səmərəliliyin artırılması, yeni ailə qurmaq arzusunda olan, xoş əhval-ruhiyyədə müraciət etmiş gənclər xoş əhval-ruhiyyə ilə də qarşılanmalı, lazımi qaydada, yüksək səviyyədə müayinə olunmalıdırlar. Qeydiyyat, genetik müayinə, avadanlıqların alınması, görülən işlər, cəlb olunmuş mütəxəssislər bütün bunlar əhalinin sağlam gələcəyi üçün atılan addımlardır və hər bir kəs öz işinin öhdəsindən layiqincə gəlməyi bacarmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR