Mənzil dələduzluğunda təqsirləndirilən şəxslərə hökm oxunub

 Mənzil dələduzluğunda təqsirləndirilən şəxslərə hökm oxunub
# 24 dekabr 2014 09:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Siyad Məmmədov və Sədrulla Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən şəxslərin hər biri 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilirlər. Təqsirləndirilən şəxslər mənzil satmaq adı ilə vətəndaşlara xeyli miqdarda ziyan vurublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR