Hər iki ayağı olmayan olimpiya çempionuna 6 illik həbs cəzası verilib

Hər iki ayağı olmayan olimpiya çempionuna 6 illik həbs cəzası verilib
# 06 iyul 2016 11:51 (UTC +04:00)

Bakı - APA. Məşhur yüngül atlet Oskar Pistoriusa hökm oxunub.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, sevgilisi Riva Stinkampı öldürməkdə təqsirləndirilən 30 yaşlı cənubi afrikalı idmançı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Dəfələrlə Paralimpiya Oyunlarının qalibi olmuş və dünya çempionluğu qazanmış Pistorius fotomodel olan Riva Stinkampı evində bilməyərəkdən öldürdüyünü bildirib. Bununla belə, məhkəmə onun azadlıqdan məhrum edilməsinə qərar verib.

Qeyd edək ki, 2013-cü il fevralın 14-də Pistorius evinə girən sevgilisinin oğru olduğunu zənn edərək, ona atəş açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR