Bayram Səfərov: “Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə ehtiyac yoxdur” - VİDEO

Bayram Səfərov: “Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə ehtiyac yoxdur” - <span style="color: red;">VİDEO
# 15 iyul 2015 10:10 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib.


B. Səfərov bildirib ki, övladlarının gələcəyini düşünən ermənilər özlərinə lider seçməlidirlər: “Nə qədər ki, Ermənistanda bu hakimiyyət var, mən inanmıram Dağlıq Qarabağ münaqişəsi həll olunsun. Öz övladlarının gələcəyini düşünən ermənilər özlərinə lider seçməlidirlər. Ondan sonra sülh ola bilər. Bütün bunlardan sonra Qarabağda yaşayan ermənilərə də Azərbaycan dövlətinin köməyi ola bilər”.

İcmanın rəhbəri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “Dağlıq Qarabağ ətrafındakı rayonlar qaytarılarsa, bölgəyə beynəlxalq sülhməramlı qüvvələri yeritmək lazım olacaq” fikrinə də münasibət bildirib. B. Səfərov qeyd edib ki, sülhməramlı qüvvələr yalnız Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilə bilər: “Azərbaycanın torpaqlarında, Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə ehtiyac yoxdur. Çünki bura Azərbaycan torpaqlarıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR