Tələt Paşa Komitəsi aprelin 24-də İstanbulda mitinq keçirəcək

Tələt Paşa Komitəsi aprelin 24-də İstanbulda mitinq keçirəcək
# 21 aprel 2015 14:31 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Uydurma “erməni soyqırımı” iddialarına qarşı dünya miqyasında mübarizə aparan Tələt Paşa Komitəsi aprelin 24-də İstanbulun Taksim meydanında mitinq keçirəcək.

Bu barədə APA-ya məlumatı verən Vətən Partiyası İstanbul vilayət təşkilatının sədri Ərkan Önsel deyib ki, Tələt Paşa Komitəsi, Atatürkçü Düşüncə Dərnəyi, Türkiyə Gənclik Birliyi, Cümhuriyyətçi Qadınlar Dərnəyi və Kadıköy Azərbaycan Evinin təşkil etdiyi mitinqdən qabaq Galatasaray Liseyindən Taksim meydanına yürüş keçiriləcək. Taksim meydanında saat 14-də başlayacaq mitinqdə “soyqırım” qərarı qəbul etmiş Avropa Parlamentinə və Avropa ölkələrinə Avropa İnsan Haqları Məhkəməsinin 17 dekabr 2013-cü ildə qəbul etdiyi qərar xatırladılacaq, onlardan “soyqırım” qərarlarının ləğvi tələb olunacaq. “Soyqırım” qərarı qəbul etmiş bütün ölkələr o qərarları ləğv edənə qədər mübarizəmizi davam etdirəcəyik”, - deyə Ərkan Önsel söyləyib.

Qeyd edək ki, qondarma “soyqırım” iddialarına qarşı dünya miqyasında mübarizə aparan Tələt Paşa Komitəsi 22 yanvar 2006-cı ildə İstanbulda Şimali Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Denktaşın sədrliyi ilə keçirilən toplantıda yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR