Bakıda 44 yaşlı qadın yıxılaraq ağır xəsarət alıb - VİDEO

Bakıda 44 yaşlı qadın yıxılaraq ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 19 sentyabr 2015 01:37 (UTC +04:00)

APA-nın məlumatına görə, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 45 ünvanında yaşayan 44 yaşlı Yeganə İsmayılova yaşadığı mənzildə yıxılıb və onun qarın nahiyəsinə dəmir batıb. Yaralı dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılıb. Həkimlər Yeganə İsmayılovaya qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Yaralı qadın vəziyyəti ağır olduğu üçün əməliyyat olunub. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat verilib. Polis əməkdaşları Yeganə İsmayılovanın hansı şəraitdə xəsarət aldığını araşdırır.

Qeyd edək ki, naməlum şəraitdə xəsarət alan Yeganə İsmayılova nazirliklərdən birinin əməkdaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR