Abşeronda yük maşını piyadanı vuraraq öldürüb

Abşeronda yük maşını piyadanı vuraraq öldürüb
# 07 iyul 2016 09:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb. Hökməli qəsəbə sakini Tərlan Kərimov idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “ZİL” markalı avtomobillə Tərtər rayon sakini Fazil Abışovu vurub. F.Abışov hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR