Cəlilabadda yol qəzasında iki nəfər ölüb - VİDEO

Cəlilabadda yol qəzasında iki nəfər ölüb - <span style="color: red;">VİDEO
# 21 noyabr 2014 12:56 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 21-də günorta saatlarında Ələt-Astara magistralının 133-cü kilometrliyində, yolun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb. İmişli rayon sakini Valeh İznullah oğlu Quluyevin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Rusiya Federasiyası vətəndaşı Məhəmməd Rəşidovun idarə etdiyi "Volvo" markalı ağır tonnajlı qoşqulu yük maşını ilə toqquşub. Güclü zərbənin təsirindən “VAZ-2106”-nın sürücüsü Valeh Quliyev aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR