İstanbulda NATO kollektiv regional təliminin  7-ci planlaşdırma görüşü keçiriləcək

İstanbulda NATO kollektiv regional təliminin  7-ci planlaşdırma görüşü keçiriləcək
# 11 oktyabr 2014 07:15 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş oktyabrın 14-dən 18-dək İstanbulda olacaq.

Oktyabrın 12-dən 17-dək Almaniyanın Ellvaqen şəhərində "Müxtəlifliyə uyğunlaşma: Dil təlimi ilə bağlı təkmilləşmiş yanaşma" mövzusunda seminar keçiriləcək.

Oktyabrın 13-dən 17-dək İstanbulda Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Türkiyə Hərbi Dənizçilik Məktəbi arasında müəllim mübadiləsi olacaq. Oktyabrın 13-dən 24-dək Çexiyanın Vışkov şəhərində Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu baş tutacaq.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR