Gəncədə yaşayış evində yanğın olub

Gəncədə yaşayış evində yanğın olub
# 01 iyul 2016 09:45 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə fərdi yaşayış evində yanğın baş verib.

APA-nən qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami rayonu ərazisindəki yaşayış massivində, Əli Əkbərova məxsus 3 otaqlı yaşayış evində qeydə alınıb.

Səhər saatlarında başlayan yanğını söndürmək üçün əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov tez bir zamanda söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 144 kvadratmetr olan evin 60 kvadratmetr olan bir otağının 40 kvadratmetrlik tavan hissəsi və içəridəki əşyalar sıradan çıxıb. Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR