Neft şirkətinin sahibi şirkəti iflasa uğradığl üçün intihar edib

Neft şirkətinin sahibi şirkəti iflasa uğradığl üçün intihar edib
# 03 iyul 2016 18:07 (UTC +04:00)

Bakı-APA. Yunanıstanın “Mamidoil Jetoil” neft şirkətinin sahibi olan 84 yaşlı Kiriakos Mamidakis şirkəti iflasa uğradığı üçün intihar edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, K. Mamidakisin cəsədi Kirit adasındakı evində tapılıb.

Cəsədin yanında tapança aşkarlanıb. Polis sahibkarın intihar etdiyini bildirib.

“Jetoil” Yunanıstan ən uzunömürlü və böyük şirkətlərindən biridir. 1968-ci ildə yaradılmış şirkət Yunanıstan və Balkan ölkələrində neft məhsullarının saxlanılması, daşınması və ticarəti ilə məşğul olub. Şirkətin JETOIL brendi ilə 600 yanacaqdoldurma məntəqəsi olub. Eyni zamanda törəmə müəssisələri vasitəsi ilə Albaniya, Bolqarıstan, Serbiya və Kosovaya sərmayə yatırıb. Şirkətin böyük problemləri keçən il başlayıb və Yunanıstanın cənubundakı biznesi satılıb. İyunun əvvəlində şirkət iflasa uğradığının elan olunması üçün ərizə verib və ərizəyə noyabrın 1-də baxılacağı açıqlanıb. “Mamidoil Jetoil” şirkətinin 2015-ci ilin sonuna kreditorlara və dövlətə 314 milyon avro borcu olub. Müştərilərin isə şirkətə 174 milyon avro borcu olub.

Mamidakis ailəsinin neft biznesi ilə bərabər məşhur mehmanxanaları, spirtli içki istehsal edən müəssisələri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR