Türkiyədə tədqiqatçı Atilla Oralın “Nuri Killigil” kitabı çapdan çıxıb

Türkiyədə tədqiqatçı Atilla Oralın “Nuri Killigil” kitabı çapdan çıxıb
# 28 iyun 2016 16:06 (UTC +04:00)


İstanbul. Mayis Əlizadə - APA. İstanbuldakı “Demkar” nəşriyyatı tədqiqatçı-yazar Atilla Oralın “Nuri Killigil” kitabını çap edib.

APA-nın Türkiyə müxbirinin xəbərinə görə, ilk nəşri 3 min tiraj olan kitab 930 səhifədən ibarətdir. Kitaba 1918-ci ildə Bakını azad edən Qafqaz İslam Ordusunun komandanı Nuri Killigilin fəaliyyətini, ailə həyatını, sülalə şəcərəsini əks etdirən 700-dən çox foto daxil edilib.

Atilla Oral APA-ya açıqlamasında Nuri paşanın həyat və fəaliyyəti ilə bağlı belə bir əsəri yaza bildiyinə görə özünü xoşbəxt hiss etdiyini vurğulayıb: “Nuri Killigil türk silah sənayesinin özəl sektorunu təmsil etmiş iki mühüm şəxsdən biri olub. Onun həyatı və fəaliyyəti ilə bağlı illərdən bəri sənədlər toplayırdım. Heç bir sənəd və fakt kitabdan kənarda qalmasın deyə, son dərəcə diqqətli hərəkət etdim. Bundan sonrakı əsas məqsədim Nuri paşanın məzarının təmir edilməsi və ona dəfn namazı qıldırılması olacaq”.

A. Oral kitabının Azərbaycan türkcəsində çap olunmasını arzuladığını da söyləyib: “Nuri paşa Azərbaycanda Bakı fatehi kimi, Türkiyədə isə silah istehsalçısı kimi tanınır. Onun şəxsiyyətini bir bütöv halında həm Azərbaycanda, həm də Türkiyədə tanıtmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR