Türkiyədə dörd nazir istefaya göndərilib

Türkiyədə dörd nazir istefaya göndərilib
# 24 yanvar 2013 19:57 (UTC +04:00)

APA-nın “Hürrıyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, baş nazir daxili işlər, turizm, səhiyyə və milli təhsil nazirlərini dəyişib. Məlumata əsasən, Rəcəb Tayyib Ərdoğanın qərarı ilə daxili işlər naziri İdris Naim Şahinin yerinə İstanbulun sabiq valisi Müəmmar Gülər təyin olunub. Mədəniyyət və turizm naziri Ərtoğrul Günayı Ərdoğanın hakim partiyada müavini Ömər Çelik əvəzləyib.


Bundan başqa, baş nazirin qərarı ilə səhiyyə naziri Rəcəb Akdağının yerinə Mehmet Müəzzinoğlu, milli təhsil naziri Ömər Çelikin yerinə isə professor Nəbi Avcı təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR