“Bank Respublika” bu ilin 10 ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb

“Bank Respublika” bu ilin 10 ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb
# 13 noyabr 2015 10:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economis. Bu ilin 10 ay üzrə maliyyə nəticələrinə əsasən “Bank Respublika”nın aktivləri 735,193 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin nəticələrinə əsasən qeydə alınmış analoji göstəricidən 33% artıqdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrünə bankın kredit portfeli 306 449 mln. manat, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 11,30% təşkil edib. Məcmu kapital və nizamnamə kapitalı olduğu kimi qalıb – müvafiq olaraq 72,424 mln. manat və 37 461 mln. manat, məcmu kapitalın adekvatlığı əmsalı isə 20,13%-dək yüksəlib.

Bankın cəmi gəlirləri 68,820 mln. manat, o cümlədən faiz gəlirləri 52,394 mln. manat, qeyri-faiz gəlirləri isə 16,426 mln. manat təşkil edib. Bu ilin 10 ayı ərzində Bu ilin 10 ayı ərzində bankın xalis əməliyyat mənfəəti 23 156 mln. manat olub. Ötən ilin analoji dövrü ilə müqayisədə “Bank Respublika”nın cəmi gəlirləri 26,8% artıb. Əldə olunan mənfəətin hesabına ehtiyat fondunun yaradılması nəticəsində bankın zərəri 291 min. manat təşkil edib.

10 ay üzrə bankın depozit portfeli 416,420 mln. manat olub ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 21,17 % çoxdur. Bankın cəmi öhdəlikləri 672,455 mln. manat, balans kapitalı isə 59,327 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR