Nəsimi və Xətai rayon polis idarələrinin təcridxanalarında monitorinq keçirilib - FOTO

Nəsimi və Xətai rayon polis idarələrinin təcridxanalarında monitorinq keçirilib - <font color=red>FOTO</font>
# 28 avqust 2012 14:01 (UTC +04:00)
Bakı-APA. ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2012” layihəsi çərçivəsində Nəsimi və Xətai rayon polis idarələrinin (Pİ) müvəqqəti saxlanma təcridxanalarında (MST) monitorinq həyata keçirilib. Fonddan APA-ya verilən məlumata görə, monitorinqi “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, eksperti Elçin Salmanov aparıb.
Monitorinq zamanı müvəqqəti saxlama təcridxanasına, o cümlədən saxlama kameraları, növbətçi hissə, müstəntiq, vəkil, tibbi müayinə otaqlarına baxış keçirilib. Eyni zamanda təqsirləndirilən və şübhəli bilinən şəxslərin qeydiyyat və tibbi müayinə jurnalına baxılıb, onların saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanışlıq zamanı pozuntu aşkar edilməyib.

Nəsimi RPİ MST-da 2 saxlanılan şəxs olub. Lakin monitorinq aparılan müddətdə onlar zəruri istintaq hərəkətlərinin aparılması üçün ifadə verməyə aparılıb.

Xətai RPİ MST-də 1 saxlanılan şəxs olub. Onun saxlama şəraiti və rəftar ilə bağlı hər hansı bir şikayəti olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR