Rusiya öz vətəndaşlarına İraqa getməməyi məsləhət görür

Rusiya öz vətəndaşlarına İraqa getməməyi məsləhət görür
# 24 may 2012 15:21 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya öz vətəndaşlarına İraqa getməməyi məsləhət görür. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. O bildirib ki, təhlükəsizliyin təmin olunmaması ilə əlaqədar Rusiya vətəndaşlarından İraqa getməmək məsləhət görülür: “Rəsmi və işlə bağlı səfərlər istisna olmaqla, təhlükəsizliklə bağlı qabaqlayıcı tədbirlər görülmədən Rusiya vətəndaşlarını İraqa səfər etməkdən çəkindiririk”.

Qeyd edək ki, mayın 20-də İraqda 4 Rusiya vətəndaşı həbs olunub. Hərbi geyimli şəxslər tərəfindən həbs olunan Rusiya vətəndaşları casusluqda günahlandırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR