Avropa Qrupu Yunanıstana ikinci yardım proqramını təsdiqləyib

Avropa Qrupu Yunanıstana ikinci yardım proqramını təsdiqləyib
# 13 mart 2012 11:23 (UTC +04:00)
Bakı - APA-Economics. Avrozonanın maliyyə nazirləri Yunanıstana ikinci kömək proqramını işə salmaq barədə qərar qəbul ediblər.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, söhbət borc böhranını aşmaq üçün ölkəyə 130 mlrd. avro ayrılmasından gedir.

Bu tədbirlər paketi ötən ilin oktyabrında keçirilən avrozona sammitində qəbul edilib, amma buraxılışı beş ay ləngiyib. Buna səbəb xarici borcun və büdcə kəsirinin ixtisarı üzrə Afinanın addımlarının Avropa Qrupunu qane etməməsi olub.

Bundan başqa, Yunanıstan hökuməti özəl sektor təmsilçilərinin əlində olan dövlət istiqrazlarının mübadiləsini həyata keçirib və martın 12-də 177,25 mlrd. avro həcmində istiqrazların mübadiləsini başa vurduğunu elan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR