Salamworld-un ilk qlobal sammiti keçirilib - FOTO

Salamworld-un ilk qlobal sammiti keçirilib - <font color=red>FOTO</font>
# 17 fevral 2012 08:09 (UTC +04:00)
Bakı-APA. İstanbulda 40-dan çox ölkəni təmsil edən müsəlman elitası nümayəndələrinin iştirakı ilə İslam dünyasına ünvanlanan media platforması sayılan Salamworld-un ilk qlobal sammiti keçirilib. APA-nın xəbərinə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Malayziyanın keçmiş baş naziri M.Məhəmməd, eləcə də bir sıra aparıcı müsəlman ölkələrinin hökumət başçıları və nazirləri sammitə öz təbrik məktublarını göndərərək, tədbirdəki qoyulacaq məqsədlərin uğurlar həyata keçməsini arzulayıblar.

Malayziya, Misir, İndoneziya, Səudiyyə Ərəbistanı ABŞ, Böyük Britaniya, Rusiya və digər ölkələrdən gəlmiş nümayəndələr çıxışlarında dünyada sosial şəbəkələrin əhəmiyyətindən danışaraq yeni yaradılmış şəbəkənin müsəlman gəncliyinin inkişafında oynayacağı roldan bəhs ediblər.
Salamworld İdarə Heyətinin sədri Abdulvahid Niyazov çıxışında zirvə toplantısının keçirilmə səbəbini açıqlayıb. Daha sonra məşhur teleaparıcı Riz Xan tərəfindən həyata keçirilən Salamworld-un təqdimatı sammit iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Qeyd olunub ki, bir çoxlarının “müsəlman facebook şəbəkəsi” adlandırdıqları Salamworld sosial şəbəkəsi müsəlman gəncləri üçün virtual rahat və alternativ on-line məkanı rolu oynayacaq. Salamworld İslami dəyərlərə söykənən qlobal informasiya və ictimai media proyektidir. Eyni zamanda, dünyada islam mədəniyyət və mirasını tanıtmaq məqsədi ilə çoxdilli şəkildə hazırlanmış ünsiyyət platformasıdır.

Tədbirin sonunda tanınmış müğənni Sami Yusif çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR