Azərbaycanda «Budad» şirkətinin 12 min litr sərinləşdirici içkisi məhv edilib

Azərbaycanda «Budad» şirkətinin 12 min litr sərinləşdirici içkisi məhv edilib
# 28 avqust 2012 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda 12 min litrə yaxın istifadə üçün yararsız sərinləşdirici içki məhv edilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, istifadə üçün yarasız olan 12 min litrə yaxın sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «Budad Food Company» MMC-yə icrası məcburi göstəriş verilib. Göstərişin icrası ilə əlaqədar olaraq, istifadə üçün yararsız sərinləşdirici içkilər Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR