Azərbaycan klubları avrokuboklardan yenə imtina etdi

Azərbaycan klubları avrokuboklardan yenə imtina etdi
# 23 may 2012 09:18 (UTC +04:00)
Bakı – APA. Kişi voleybolçulardan ibarət Azərbaycan klubları avrokuboklarda çıxış etməyəcək. Apasport.az saytının məlumatına görə, artıq 2012/2013-cü il mövsümü üçün sifariş ərizəsinin verilməsi üçün ayrılan vaxt başa çatıb.

Ölkəmiz isə ötən il olduğu kimi, yenə də beynəlxalq arenada çıxış etmək istəyini bildirməyib.

Lakin buna baxmayaraq, növbəti il Avropada iştirak etmək nəzərdə tutulub. Artıq bu istiqamətdə işlər görülür və yeni komandanın yaradılması gündəmə gəlib.

Bu arada kişi voleybolçular arasında da Azərbaycan çempionatının keçiriləcəyi məlum olub. İyunun 14-16-da Balakəndə təşkil edilməsi nəzərdə tutulan yarışın final mərhələsində 3 zonanın qalibi və yığmamızın üzvlərindən formalaşacaq klubun oynayacağı gözlənilir.

Qeyd edək ki, kişilərdən fərqli, Azərbaycanın 5 qadın voleybolçulardan ibarət klubu avrokubokların yeni mövsümündə qüvvəsini sınayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR