ABŞ və AB İrana qarşı növbəti sanksiyaların tətbiqini müzakirə edəcək

ABŞ və AB İrana qarşı növbəti sanksiyaların tətbiqini müzakirə edəcək
# 21 iyul 2012 10:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Bu həftə ABŞ və Avropa Birliyi ölkələri İrana qarşı təzyiqləri daha da artırmaq üçün əlavə sanksiyaların tətbiq olunması barədə müzakirələr aparacaq. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İsraildə nəşr olunan “Jerusalem Post” qəzeti yazıb. Xəbərdə bildirilir ki, toplantı Brüssel şəhərində keçiriləcək: “Artıq İrana qarşı tətbiq olunacaq yeni sanksiyaların siyahısı hazırlanıb. ABŞ və Avropa ölkələri də İrana qarşı yeni sanksiyaların tətbiqinə hazırdırlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR