Rusiyalı hərbi ekspert: “Azərbaycanla Ermənistan arasında müharibə başlayarsa, Rusiya sözsüz ki, Ermənistanı müdafiə edəcək” – MÜSAHİBƏ

Rusiyalı hərbi ekspert: “Azərbaycanla Ermənistan arasında müharibə başlayarsa, Rusiya sözsüz ki, Ermənistanı müdafiə edəcək” – <font color=red>MÜSAHİBƏ </font>
# 23 iyul 2012 12:05 (UTC +04:00)
- Rusiya ilə Azərbaycan arasında Qəbələ RLS-in icarə haqqının artırılması ilə bağlı aparılan danışıqların nəticəsi necə olacaq?

- Hesab edirəm ki, bu problem tezliklə öz həllini tapacaq və hər iki tərəfi qane edən razılıq əldə olunacaq. Qəbələ RLS təkcə Rusiyanın marağında deyil, o həm də Azərbaycanın marağındadır. Azərbaycanın marağı ondan ibarətdir ki, ölkə bu RLS vasitəsilə raket hücumundan müdafiə sistemində iştirak edir. Avropanın və Rusiyanın bir hissəsini əhatə edən bir sistemdə iştirak etmək Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır. Digər maraq isə iqtisadiyyatla bağlıdır. Bu maraq təkcə Qəbələ RLS-in icarə haqqından gələn gəlirdən ibarət deyil. Bildiyiniz kimi, Qəbələ RLS-də Azərbaycan vətəndaşları da çalışır və həmin vətəndaşlar Rusiya dövlətindən məvacib alırlar.

Azərbaycanda Qəbələ RLS-in olması onun hərbi gücünün də göstəricisidir. Hələ ki Rusiya ilə NATO-nun birgə raket hücumundan müdafiə sistemi yaradılması barəsində razılığa gəlməyib. Lakin bu baş tutsa, Azərbaycan bu sistemin qurulmasında iştirak edə biləcək. Bu, Azərbaycana sərf edəcək bir məqamdır.

O ki qaldı Qəbələ RLS-in icarə haqqının artırılması ilə bağlı mətbuatda yazılan rəqəmlərə, hesab ediəm ki, bu, spekulyativ xarakter daşıyır. Şərq bazarında hər zaman belə olub. Əvvəlcə daha yüksək rəqəm deyirlər. Sonda isə həmin rəqəmdən bəzən iki dəfə az, bəzən də dörd dəfə az rəqəm barədə razılığa gəlinir. Düşünürəm ki, Azərbaycan öz ərazisində RLS-in olmasının dəyərini anlayır və buna görə mümkün qədər güzəştə gedə bilər.

- Qəbələ RLS-i itirmək Rusiya üçün hansı anlama gəlir?

- Prinsipcə, Rusiya Qəbələ RLS-siz də keçinə bilər. Bildiyiniz kimi, Armavirdə Qəbələ RLS-dən daha güclü, daha müasir texnika ilə təchiz olunmuş RLS fəaliyyət göstərir. Lakin o da məlumdur ki, hər bir texnika müəyyən müddətdə proflaktika keçirməlidir. Bu zaman həmin texnika müvəqqəti fəaliyyətini dayandırmalı olur. O zaman isə onun görəcəyi işi görə bilən başqa texnika işə düşməlidir. Armavirdəki RLS-də profilaktika yaranan zaman mütləq Qəbələ RLS onun gördüyü işi yerinə yetirməlidir. Eləcə də, Qəbələ RLS-də proflaktika yaranan zaman Armavirdəki RLS onu kompensasiya edir. Bu səbəbdən Qəbələ RLS Rusiya üçün vacibdir.

- Keçən ayın əvvəllərində Azərbaycan və Ermənistan qoşunlarının cəbhə xəttində gərginlik yaşanmışdı və bu gərginlik hələ də davam edir. Qafqazda yeni müharibənin başlaması ehtimalı nə qədərdir?

- Müharibənin başlanma ehtimalı çox azdır. Birincisi, müharibə tərəflərdən heç birinə sərf eləmir. Söhbət burada kimin udub-uduzmasından getmir. Daha güclü iqtisadiyyatı olan Azərbaycanın müharibə zamanı itiricəcəkləri çox olacaq. Ermənistanla cəbhə bölgəsinə yaxın ərazidə Azərbaycanın Mingəçevir Su Elektrik Stansiyası yerləşir. Müharibə zamanı onun təhlükəsizliyinə kim zəmanət verə bilər?! Su anbarının zərər görməsi Azərbaycan üçün böyük fəlakət olacaq. Hesab edirəm ki, tərəflər müharibə yolunu seçməyəcəklər. Siyasilər bir çıxış yolunu tapacaqlar. Təbii ki, status-kvonun mövcudluğu Ermənistana sərf edir.

Cəbhə bölgəsində isə gərginliyin müntəzəm olaraq artması regionda problemin mövcudluğuna bir işarədir. Yəni tərəflər vəziyyəti daim gərgin saxlayırlar ki, dünya güclərinə regionda problemin hələ də həll olunmadığını göstərsinlər və konfliktinin həllini onların gündəmində saxlasınlar. Cəbhə xəttində gərginliyi artırmaq tərəflər üçün Dağlıq Qarabağ konfliktinin mövcudluğunu və bu konfliktin hələ də həll olunmamasını göstərən bir vasitədir.

- Azərbaycanla Ermənistan arasında müharibə başlayacağı təqdirdə Rusiya özünü necə aparacaq?

- Sözsüz ki, Azərbaycan müharibəyə başlayacağı zaman Rusiya Ermənistanı müdafiə edəcək. Çünki Ermənistan həm Rusiya ilə hərbi sahədə yüksək səviyyədə əməkdaşlıq edir, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR