Zaqatala dövlət təbiət qoruğunun ərazisində çoxlu miqdarda narkotik bitki aşkarlanıb

Zaqatala dövlət təbiət qoruğunun ərazisində çoxlu miqdarda narkotik bitki aşkarlanıb
# 23 iyul 2012 07:12 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Zaqatala dövlət təbiət qoruğunun ərazisində xüsusi üsulla əkilmiş narkotik tərkibli bitki və odlu silah aşkar edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Balakən rayon Polis Şöbəsinin əməkdaşları ilə Zaqatala dövlət təbiət qoruğunun əməkdaşları Zaqatala dövlət təbiət qoruğunun ərazisində narkotik tərkibli bitkilərin özbaşına bitmiş və xüsusi üsulla əkilmiş əraziləri aşkar edilərək məhv edilməsi istiqamətində birgə əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində Zaqatala dövlət təbiət qoruğunun Balakən rayonunun Gərəkili kəndinin qurtaracağından keçən hissəsindən dağ istiqamətinə 6 km hündürlükdə 04 saylı meşə dolayında eni 80 metr, uzunluğu 70 metr olan ərazidə hələlik istintaqa naməlum şəxs tərəfindən xüsusi kultivasiya yolu ilə əkilmiş, hündürlüyü 50 sm-dən 2 m 50 sm-ə qədər, ümumi çəkisi 280 kq olan 730 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolunun bitkisi aşkar edilib. Narkotik tərkibli bitki istintaqa təhvil olunmaq üçün ərazidən yığılaraq götürülüb. Ərazidə aparılan axtarış zamanı orada göy rəngli polietilendən hazırlanmış müvəqqəti yaşayış üçün sığınacaq aşkar edilib. Sığınacağa baxış zamanı orada 1 ədəd, 1960-cı il buraxılışı, üzərində Г-20613 nömrəsi olan 16 çaplı ov tüfəngi və daraqda həmin tüfəng üçün 14 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Balakən rayon Polis Şöbəsinin təhqiqat qrupunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR