Sumqayıtda 11 yaşlı uşağı maşın vurub

Sumqayıtda 11 yaşlı uşağı maşın vurub
# 04 may 2012 10:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda 11 yaşlı uşağı maşın vurub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə dünən Sumqayıt şəhərində qeydə alınıb. Şəhər ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini 11 yaşlı Vasif Şıxıyev vurulub. Nəticədə xəsarət alan piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR