İraqın xarici işlər naziri: “İran təyyarələrinin Suriyaya silah daşımasına icazə verilməyəcək”
01 oktyabr 2012 13:52 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. “İraq hökumətinin hava sahəsindən keçən və silah daşıdığı şübhə doğuran İran təyyarələri vurulacaq”. APA-nın məlumatına görə, bu barədə İraqın xarici işlər naziri Hoşyar Zebari bildirib.
Onun sözlərinə görə, İraq öz ərazisindən keçən və Suriyaya silah daşıdığı ehtimal olunan İran təyyarələrinin vurulması haqqında ABŞ rəsmilərinə söz verib. Zebari həmçinin, İranı Suriya rejimini və ya qarşıdurmanın tərəflərindən hər hansı birini silahlandırmaqdan imtina etməyə çağırıb.
Qeyd edək ki, ABŞ dövlət katibi Hillari Klinton İran təyyarələrinin İraq səmasından Suriyaya hər gün silah daşıdığını bildirib.

Asiya
Hindistan Ukrayna sülh sammitində iştirak edəcək
16:15
20 may 2024
BCM-nin prokuroru Netanyahu və HAMAS liderlərinin həbsinə order verilməsini tələb edib
15:16
20 may 2024
Sakit Okean vətəndaş cəmiyyəti təşkilatları Yeni Kaledoniya ilə bağlı bəyanat yayıb
15:07
20 may 2024
Çində məktəbə hücum nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb - YENİLƏNİB
13:51
20 may 2024